Bakının Sulutəpə qəsəbəsində yerləşən avtoservislərdən birində yanğın baş verib.
"Report"un yerli bürosu məlumat verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
Mənbə: report.az