IMG-LOGO

ÜST rəhbəri KDR-də Ebolanın yayılmasının sürətləndiyi barədə xəbərdarlıq edib

06 Aug 2026 01:26 5 baxış
IMG

Konqo Demokratik Respublikasının (KDR) ayrı-ayrı ocaqlarında Ebola xəstəliyinə yeni yoluxma hallarının sayı son bir həftə ərzində iki dəfə artıb.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

O, KDR-nin paytaxtı Kinşasaya səfərinin yekunları ilə bağlı "X" sosial şəbəkəsində yazıb: "Xəstəliyin yayılması bizim cavab tədbirlərimizi gücləndirməyimizdən daha sürətlə gedir, bəzi ocaqlarda son bir həftə ərzində yeni halların sayı iki dəfə artıb."

ÜST rəhbərinin sözlərinə görə, səhiyyə və humanitar təşkilatların nümayəndələri epidemiyaya qarşı tədbirlərin təcili və genişmiqyaslı şəkildə gücləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər.

Xüsusilə, tibbi yardıma çıxışın genişləndirilməsi, epidemioloji nəzarətin gücləndirilməsi, tibb işçilərinin qorunması və təhlükəsiz dəfn tədbirlərinin təşkili nəzərdə tutulur.

Qebreyesus vurğulayıb ki, epidemiyanın qarşısının alınmasında yerli sakinlərin etimadı və onların xəstəliyə qarşı mübarizə tədbirlərində iştirakı əsas rol oynayır.

Mənbə: report.az

Xəbər lenti