IMG-LOGO

Krım vuruldu, ölənlər var

24.05.2024 01:38 10 baxış
IMG

Ukrayna ordusu Rusiya tərəfindən ilhaq olunmuş Krıma raket zərbəsi endirib.

Lent.az xəbər verir ki, bu barədə Krımın rəhbəri Sergey Aksenov özünün "Telegram" kanalında yazıb.

Zərbələr nəticəsində iki nəfər ölüb.

Bildirilib ki, hücum pilotsuz uçuş aparatları və 16 ATACMS raketi ilə həyata keçirilir.

Həmçinin Yalta, Aluşta, Cankoy, Simferopol, Yevpatoriya və Baxçasarayda da partlayış səsləri eşidilib.

Xəbər lenti