IMG-LOGO

Bakıda ticarət mərkəzində FACİƏ: liftin şaxtasına düşüb öldü - YENİLƏNİB

06 Aug 2026 09:21 3 baxış
IMG
10 0

Bakıda ticarət mərkəzində liftin şaxtasına düşərək ölənin kimliyi bilinib.

Lent.az-ın əldə etdiyi xəbərə görə, həmin şəxs 64 yaşlı Namiq Məmmədovdur.

Mərhumun "Laçın" ticarət mərkəzində işçi olduğu bildirilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

*** 5 avqust, saat: 17:58

Bakıda ticarət mərkəzində bədbəxt hadisə olub.

Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə Nizami rayonu ərazisində yerləşən "Laçın" ticarət mərkəzində baş verib.

Burada çalışan şəxslərdən biri liftin şaxtasına düşüb. O, özəl klinikalardan birinə çatdırılsa da. həyatını xilas etmək mümkün olmayıb.

Araşdırma aparılır.

Hadisələr bədbəxt hadisə ticarət mərkəzi ölüm

Mənbə: lent.az

Xəbər lenti