Rusiyanın Tver vilayətindəki "Wildberries" obyekti regiona gecə saatlarında pilotsuz uçuş aparatlarının (PUA) hücumu zamanı zədələnib.
"Report" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə regionun rəhbəri Vitali Korolyov məlumat verib.
"Pilotsuz uçuş aparatının qalıqlarının düşməsi nəticəsində logistika kompleksinin fasadı cüzi zədələnib", - o qeyd edib.
V.Korolyov bildirib ki, PUA qalıqları Kalinin dairəsindəki bir neçə təsərrüfat tikilisini zədələyib. Yerli sakinlər xəsarət almayıb.
Rusiya mediasının məlumatına görə, Ukraynanın anbarlara endirdiyi zərbələr nəticəsində "Wildberries"in birbaşa itkiləri ən azı 100 milyard rubl (1,23 milyard dollar) təşkil edə bilər, ən pis halda isə şirkət 200 milyard rubla (2,47 milyard dollar) qədər itirib.
Mənbə: report.az