İngiltərənin "Liverpul" və Almaniyanın "Bayer" klubu Fransa çempionu PSJ və Seneqal millisinin hücumçusu İbrahima Mbayenin xidmətlərində maraqlıdır.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 18 yaşlı futbolçu PSJ-dən ayrılmaq qərarına gəlib və karyerasını "Liverpul"da davam etdirmək istəyir.
Ötən mövsüm Mbaye PSJ-də 31 oyunda meydana çıxıb, üç qol vurub və iki məhsuldar ötürmə edib. Onun Paris klubu ilə müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir.
O, 2026-cı il Dünya çempionatında dörd oyunda iştirak edib.
İdman xəbərləriMənbə: lent.az