"Taşir" Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyana məxsus olan "Ermənistan Elektrik Şəbəkələri" şirkəti konsessiya idarəetməsinə veriləcək.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
"Elektrik şəbəkələri" ilə bağlı biz konseptual səviyyədə qərar vermişik - bu, etibarlı idarəetməyə verilmiş dövlət mülkiyyəti olacaq", - o qeyd edib.
N.Paşinyanın sözlərinə görə, istehsalat müəssisələrinin, o cümlədən "Araratsement" zavodunun dövlətin mülkiyyətində və idarəçiliyində qalması doğru olmaz: "Bu müəssisələr özəlləşdirilməlidir, lakin şəffaf müsabiqələr yolu ilə. Bununla belə, dövlət səhm zərfini və direktorlar şurasında yerini qoruyub saxlamalıdır".
Mənbə: report.az