Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC 2025-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Principal" MMC-dir.
Qalib şirkətə 2 min manat ödəniləcək.
Ötən il də bu sorğunun qalibi "BKR İşık Konsaltinq" olub. Şirkətə 4,25 min manat ödənilib.
Mənbə: report.az