IMG-LOGO

Sibiqa: Ukrayna Azərbaycandan enerji daşıyıcılarının tədarükünün şaxələndirilməsində maraqlıdır

06 Aug 2026 13:31 4 baxış
IMG

Ukrayna Azərbaycandan enerji daşıyıcılarının tədarükünün şaxələndirilməsində maraqlıdır və Azərbaycan tərəfi üçün təkliflər paketi hazırlayıb.

"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Kiyevdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

"O ki qaldı həm də strateji xarakter daşıyan ikitərəfli müstəviyə, o, həm artıq başlanmış və inkişaf etməkdə olan cari layihələr, həm də perspektivlər baxımından stratejidir. Bu energetika, infrastruktur, humanitar müstəvidir. Azərbaycan biznesi Ukraynada həmişə fəal şəkildə təmsil olunub və biz bu iştirakın gələcəkdə daha da artırılmasını alqışlayardıq. Bizim azərbaycanlı dostlarımız üçün təkliflər paketimiz var. Biz enerji daşıyıcılarının Ukraynaya tədarükünün şaxələndirilməsində maraqlıyıq", - A.Sibiqa qeyd edib.

Ukrayna XİN başçısı həmçinin vurğulayıb ki, Azərbaycan inkişaf edən və regionda mühüm rol oynayan güclü ölkədir, müharibənin dayandırılması üzrə səylərdə isə onun səsi böyük əhəmiyyət kəsb edir.

Ukrayna XİN başçısı həmçinin vurğulayıb ki, Azərbaycan inkişaf edən və regionda mühüm rol oynayan güclü ölkədir, müharibənin dayandırılması üzrə səylərdə isə onun səsi böyük əhəmiyyət kəsb edir.

O, həmçinin enerji təhlükəsizliyi baxımından Azərbaycanın rolunu yalnız Ukrayna üçün deyil, bütün Avropa üçün strateji adlandırıb: "Biz bu məsələ üzərində fəal işləyirik və inanıram ki, əhəmiyyətli nəticələrimiz olacaq. Əminəm ki, ikitərəfli əməkdaşlıq ölkələrimizi gücləndirir və böyük potensiala malikdir".

Mənbə: report.az

Xəbər lenti