IMG-LOGO

MİDA-nın tabeliyindəki şirkət ötən il 1 milyon manat xalis mənfəət əldə edib

06 Aug 2026 15:37 5 baxış
IMG

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki MİDA MMC 2025-ci ili 1,028 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 6,6 dəfə azdır.

Ötən il kommersiya qurumunun müştərilərlə müqavilələrdən gəlirləri 69,128 milyon manat (əvvəlki ilə nisbətən 14,7 % az), satışının maya dəyəri 47,63 milyon manat (25,5 % az), sair əməliyyat gəlirləri 810 min manat (9,3 % çox), ümumi və inzibati xərcləri 17,191 milyon manat (6,3 % çox), maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə gəliri 190 min manat (46,2 % az), maliyyə gəlirləri 3,773 milyon manat (2,2 dəfə az), maliyyə xərcləri 7,18 milyon manat (2,1 dəfə çox), mənfəət vergisi ödəmələri isə 871 min manat (2,8 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə MMC-nin aktivləri 608,153 milyon manat olub ki, bu da illik müqayisədə 2,8 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 13 % azalaraq 147,561 milyon manata, balans kapitalı isə 9,2 % artaraq 460,592 milyon manata çatıb.

Xatırladaq ki, MİDA MMC 11 aprel 2016-cı ildə yaradılıb, 17 may 2016-cı ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır.

Mənbə: report.az

Xəbər lenti