IMG-LOGO

Pərvin Piriyev: "Bakıdakı mundialın təşkilatçılığı UWW və iştirakçı ölkələr tərəfindən yüksək qiymətləndirildi"

06 Aug 2026 17:54 3 baxış
IMG

Bakıda keçirilmiş güləş üzrə U-17 dünya çempionatının təşkilatçılığı UWW və iştirakçı ölkələrin nümayəndələri tərəfindən yüksək qiymətləndirilib.

Bunu "Report"a müsahibəsində Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev deyib.

O, mundialın Azərbaycanın idman ölkəsi kimi nüfuzunun daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib:

"UWW və iştirakçı ölkələrin nümayəndələri tərəfindən təşkilatçılıq yüksək qiymətləndirildi və bu, Azərbaycanın idman ölkəsi kimi nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycan son illərdə dəfələrlə sübut edib ki, ən nüfuzlu beynəlxalq idman yarışlarını ən yüksək səviyyədə təşkil etmək imkanına malikdir".

P.Piriyev əlavə edib ki, böyüklər arasında dünya çempionatına ev sahibliyi məsələsi ilk növbədə UWW-nin qərarından asılıdır:

"Gələcəkdə belə imkan yaranarsa, Azərbaycan Güləş Federasiyası və ölkəmiz bu cür mötəbər yarışa ev sahibliyi etməyə həm təşkilati, həm də infrastruktur baxımından tam hazırdır. Bu, əlbəttə ki, bizim üçün maraqlı perspektivlərdən biridir".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Mənbə: report.az

Xəbər lenti