IMG-LOGO

AGF-nin baş katibi: "Yeniyetmə güləşçilərimizdən mundialda daha yüksək nəticələr gözləyirdik"

06 Aug 2026 17:08 3 baxış
IMG

Azərbaycan Güləş Federasiyası (AGF) yeniyetmə idmançılardan daha yüksək nəticələr gözləyib.

Bunu "Report"a müsahibəsində AGF-nin baş katibi Pərvin Piriyev deyib.

O, Bakıda keçirilən U-17 dünya çempionatında qazanılan nəticələrdən (4 gümüş, 3 bürünc) bəhs edib:

"Əlbəttə ki, yeniyetmə güləşçilərimizdən daha yüksək nəticələr gözləyirdik. Etiraf edək ki, tam istədiyimiz nəticəni əldə edə bilmədik. İndi əsas vəzifəmiz hər bir görüşü detallı şəkildə təhlil etmək, səhvləri müəyyənləşdirmək və onların üzərində sistemli işləməkdir. Biz əvvəldən də vurğulayırdıq ki, U-17 yaş kateqoriyasında əsas məqsədimiz nəyin bahasına olur-olsun, medal qazanmaq deyil. Əsas məqsədimiz gələcəkdə böyüklər üzrə milli komandanın əsas üzvlərinə çevriləcək güləşçilər yetişdirməkdir".

P.Piriyev yunan-Roma güləşində uğurlu çıxışı belə əsaslandırıb:

"Yunan-Roma güləşi uzun illərdir ki, Azərbaycanda sabit nəticələr göstərən məktəbə malikdir və bu ənənə davam edir. Sərbəst güləşdə isə hazırlıq metodikalarının müasir tendensiyalara uyğunlaşdırılmasına ehtiyac var".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Mənbə: report.az

Xəbər lenti