IMG-LOGO

Sülh Şurası Qəzzada ilk layihə üçün podratçı seçib

06 Aug 2026 18:55 3 baxış
IMG

ABŞ-nin Luiziana ştatından olan "Arkel International" şirkəti Qəzza zolağının bərpası üzrə Sülh Şurası layihəsinin həyata keçirilməsi üçün keçirilən ilk tenderin qalibi olub.

"Report" xəbər verir ki, bu barədə "The Guardian" nəşri mənbəyə istinadən məlumat yayıb.

Sülh Şurasının ilk layihəsi 150 mərakeşli hərbçinin yerləşdirilməsi üçün hərbi forpostun tikintisi ilə bağlı olacaq.

Təxminən 100-ün 120 metrə ölçüsündə olan gələcək baza İsrail sərhədindən təqribən 1,6 km məsafədə, İsrail ordusunun nəzarəti altında olan ərazidə yerləşəcək.

Nəşr qeyd edir ki, əvvəlcə Sülh Şurası bütün Qəzza zolağının genişmiqyaslı bərpa planını nəzərdən keçirirdi, lakin sonradan plan anklavın cənubunda yerləşən pilot layihə ilə məhdudlaşıb.

Gələcəkdə obyektin beynəlxalq sabitləşdirici qüvvələrin 5 minə qədər hərbçisinin yerləşdirilə biləcəyi hərbi bazaya çevrilməsi planlaşdırılır.

Sülh Şurasından bildiriblər ki, Qəzzanın idarə olunması üzrə Milli Komitə ilə birlikdə bir neçə müqavilənin hazırlığı başa çatmaq üzrədir.

"Nəzərdə tutulan müqavilələrdən biri təhlükəsizlik və idarəetmə mexanizmlərinin həyata keçirilməsinə kömək edəcək beynəlxalq sabitləşdirici qüvvələrə (ISF) dəstək obyektləri ilə bağlıdır", - Şuranın nümayəndəsi bildirib.

Mənbə: report.az

Xəbər lenti