IMG-LOGO

CNN: Husilər Səudiyyə Ərəbistanı hərbçilərini raket hücumuna məruz qoyub

06 Aug 2026 19:33 3 baxış
IMG

Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) ballistik raketlər və pilotsuz uçuş aparatları tətbiq etməklə Səudiyyə Ərəbistanı hərbçilərinə qarşı irimiqyaslı hərbi əməliyyat keçirdiyini bəyan edib.

"Report" xəbər verir ki, bu barədə CNN husilərin nümayəndəsi Yəhya Sarianın bəyanatına istinadən məlumat yayıb.

"Silahlı qüvvələrimiz düşmən qoşunlarının cəmləşdiyi mövqelərə qarşı genişmiqyaslı və dəqiq hərbi əməliyyat həyata keçirib", - bəyanatda bildirilib.

Husilər iddia edirlər ki, əməliyyat Səudiyyə Ərəbistanının "onların nəzarətində olan bölgələrə və Yəmən xalqına qarşı hərbi eskalasiya" hazırlığına cavab olub.

Bununla belə, hərəkat öz bəyanatlarının sübutunu təqdim etməyib. Ər-Riyad hücumlarla bağlı məlumatı təsdiqləməyib.

Mənbə: report.az

Xəbər lenti