IMG-LOGO

Suriyada mikroavtobus partlayıb, ölən və xəsarət alanlar var

06 Aug 2026 22:53 5 baxış
IMG

Suriyanın paytaxtı Dəməşq ətrafındakı rayonda mikroavtobusda baş verən partlayış nəticəsində azı yeddi nəfər yaralanıb; ölənlərin sayı hələlik müəyyən edilməyib.

"Report"un məlumatına görə, bu barədə Suriyanın Səhiyyə Nazirliyi " Al-Ikhbaria" telekanalına bildirib.

Nazirliyin məlumatına görə, hadisə Cəmaran rayonunda baş verib. Hazırda ölənlərin qalıqlarının məhkəmə-tibbi ekspertizası aparılır, lakin ölənlərin dəqiq sayı hələ məlum deyil.

Suriya həkimləri xəstəxanaların və təcili yardım şöbələrinin yüksək hazırlıq vəziyyətinə gətirildiyini bildiriblər.

İlkin məlumata görə, mikroavtobusda partlayıcı qurğu işə salınıb. Hadisənin səbəbləri araşdırılır.

Mənbə: report.az

Xəbər lenti