IMG-LOGO

Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var

07 Aug 2026 00:22 5 baxış
IMG

Türkiyənin İstanbul vilayətində özəl uçuş məktəbinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

İlkin məlumata görə, təlim uçuşu həyata keçirən təyyarə eniş zamanı quyruq hissəsinin zolağa sürtülməsi nəticəsində idarəetmədən çıxaraq qəzaya uğrayıb.

Nəticədə təyyarəni idarə edən sonuncu kurs tələbəsi yüngül xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub, yaralı yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Bildirilib ki, qəza nəticəsində təyyarəyə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az

Xəbər lenti