IMG-LOGO

Səudiyyə Ərəbistanında husilərin hücumları nəticəsində on bir mülki şəxs yaralanıb

07 Aug 2026 03:14 5 baxış
IMG

Səudiyyə Ərəbistanının cənubundakı Nəcran bölgəsində husilərin hücumları nəticəsində azı 11 mülki şəxs yaralanıb.

"Report"un "Al Jazeera" telekanalına istinadən məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Koalisiya Qüvvələri Komandanlığının rəsmi nümayəndəsi general-mayor Turki əl-Maliki bildirib.

Onun sözlərinə görə, yaralananlar arasında ikinci dərəcəli yanıq xəsarətləri alan qadın və dörd yaşlı uşaq da olmaqla yeddi Səudiyyə vətəndaşı, eləcə də Yəmən, Misir və Pakistan vətəndaşları da var.

Əl-Maliki husilərin mülki hədəfləri hədəf aldığını bildirərək, hadisəni beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması adlandırıb.

Mənbə: report.az

Xəbər lenti