IMG-LOGO

"Çelsi" La Liqa klubundan Pep Çavarriyanı transfer edəcək

07 Aug 2026 09:49 4 baxış
IMG

İspaniyanın "Rayo Valyekano" klubunun müdafiəçisi Pep Çavarriya karyerasını İngiltərənin "Çelsi" klubunda davam etdirəcək.

"Report" xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

London klubu 28 yaşlı futbolçunun transferi üçün La Liqa təmsilçisinə 19 milyon avro ödəyəcək. Razılaşmaya əsasən, əlavə 2 milyon avro bonus da nəzərdə tutulub.

"Transfermarkt" portalı Pep Çavarriyanın transfer dəyərini 10 milyon avro qiymətləndirir.

İspaniyalı müdafiəçi 2025/2026 mövsümündə bütün turnirlərdə 41 oyuna çıxıb. O, bu görüşlərdə 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Mənbə: report.az

Xəbər lenti