Bu ilin yanvar-iyul ayları ərzində "biletim.az" portalı vasitəsilə onlayn qaydada 700 598 bilet əldə edilib.
Bu barədə "Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur.
Bu ilin 7 ayı ərzində onlayn bilet satışının həcmi də artaraq 42 %-ə yüksəlib. Ötən ilin müvafiq dövründə bu göstərici 27,4 % olub.
2025-ci ilin yanvar-iyul ayları ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 35 % idisə, cari ilin müvafiq dövründə bu göstərici 48 %-ə yüksəlib.
Qeyd edək ki, "biletim.az" portalında 58 məntəqəyə 94 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 372 reys olmaqla 420 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
Mənbə: report.az