IMG-LOGO

Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb

07 Aug 2026 09:14 4 baxış
IMG

Azərbaycanın UEFA reytinqindəki mövqeyində dəyişiklik baş verməyib.

"Report"un məlumatına görə, ölkə hazırda 21.187 əmsalla 26-cı pillədə qərarlaşıb.

25-ci yerdə olan Sloveniya 22.468 əmsala malikdir.

Reytinqə 101.852 əmsalla İngiltərə başçılıq edir.

Qeyd edək ki, ötən gün "Qarabağ" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo"ya (Kiyev, Ukrayna) 0:1 hesabı ilə uduzub.

Çempionlar Liqasında mübarizə aparan "Sabah" isə rəqib meydanında Danimarkanın "Orhus" komandasına məğlub olub - 1:2.

Mənbə: report.az

Xəbər lenti