IMG-LOGO

Beyləqanda kanalda bir nəfər batıb

07 Aug 2026 09:11 5 baxış
IMG

Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisindən keçən kanalda bir nəfər batıb.

"Report"un məlumatına görə, 2005-ci il təvəllüdlü Amin Zamir oğlu Əhmədov avqustun 6-da kənd ərazisindən keçən "Yeni Xan Qızı" adlı beton kanalda çimərkən suda boğularaq ölüb.

Onun meyitinin tapılması üçün axtarışlar davam etdirilir.

Fakt üzrə Beyləqan rayon prokurorluğunda araşdırma aparılır.

Mənbə: report.az

Xəbər lenti