IMG-LOGO

Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalı xərcini cüzi azaldıb

07 Aug 2026 10:51 3 baxış
IMG

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 24,846 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 % azdır.

Təkcə iyulda isə Türkiyə Azərbaycana 3,41 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 16,3 % çoxdur.

7 ayda Türkiyənin sement, şüşə, keramika və torpaq məmulatları ixracının ümumi dəyəri illik müqayisədə 1,8 % artaraq 2 milyard 652,368 milyon ABŞ dollarına, iyulda isə 0,6 % azalaraq 424,802 milyon ABŞ dollarına çatıb.

Türkiyədən ən çox idxalı ABŞ (434,805 milyon ABŞ dolları, 1 il əvvələ nisbətən 3,9 % çox), İtaliya (185,064 milyon ABŞ dolları, 5,6 % çox) və Almaniya (142,76 milyon ABŞ dolları, 8,1 % az) həyata keçirib.

Mənbə: report.az

Xəbər lenti