IMG-LOGO

Bakı "Azerbaijan Junior Open 2026" beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək

07 Aug 2026 10:16 3 baxış
IMG

Avqustun 14-dən 16-dək Bakıda badminton üzrə "Azerbaijan Junior Open 2026" beynəlxalq turniri keçiriləcək.

Azərbaycan Badminton Federasiyasından "Report"a verilən məlumata görə, yarışda Azərbaycan idmançıları ilə yanaşı, ABŞ, İran, Hindistan, Türkiyə, Özbəkistan, Tacikistan, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstanı təmsil edən badmintonçular da mübarizə aparacaqlar.

Turnirin mükafat fondu 5 min ABŞ dolları təşkil edir.

Azərbaycan yarışda baş məşqçi Morteza Validarvinin rəhbərliyi altında ümumilikdə 22 yeniyetmə badmintonçu - 13 qız və 9 oğlan idmançı ilə təmsil olunacaq.

Beş kateqoriya üzrə keçiriləcək yarışa avqustun 14-də, saat 09:00-da start veriləcək. Turnirə avqustun 16-da baş tutacaq final qarşılaşmaları ilə yekun vurulacaq.

Yarışın baş hakimi yunanıstanlı Xristos Evangelidis olacaq.

"Azerbaijan Junior Open 2026" Azərbaycanda "Junior International Series" kateqoriyası üzrə keçiriləcək ilk beynəlxalq badminton turniridir.

Mənbə: report.az

Xəbər lenti