IMG-LOGO

Bakı metrosu iyulda 17 milyona yaxın sərnişin daşıyıb

07 Aug 2026 10:07 5 baxış
IMG

Bu ilin iyulunda "Bakı Metropliteni" QSC 16 milyon 698 min 23 sərnişin daşıyıb.

Bu barədə "Report"a səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,31 % çoxdur. Qeyd edilib ki, "Koroğlu" stansiyası 1 milyon 630 min 48 sərnişinə xidmət göstərərək ayın lideri olub. Ayın ən çox sərnişin daşınan günü − 1 iyulda isə metrodan 649 min 974 nəfər istifadə edib.

Hesabat dövründə NFC və QR bilet vasitəsilə ümumilikdə 8 milyon 567 min 107 ödəniş həyata keçirilib. Bu göstərici ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 52,99 %-ni təşkil edib.

"Əlçatan metro" xidmətindən isə iyul ayı ərzində 94 sərnişin yararlanıb.

Mənbə: report.az

Xəbər lenti