IMG-LOGO

"Ahbap işi" davam edir: məşhurların milyonluq ianələri AÇIQLANDI

07 Aug 2026 11:00 4 baxış
IMG
5 0

Türkiyədə Ahbap Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində tanınmış simaların etdiyi ianələr də araşdırılıb.

Lent.az yerli KİV-nə istinadən xəbər verir ki, MASAK-ın (Maliyyə Cinayətlərini Araşdırma Şurası) hesabatına əsasən, 6 fevral 2023-cü il zəlzələlərindən sonra dərnəyə 14 milyon lirədən çox ianə köçürüldüyü müəyyən edilib.

Hesabatda sənətçilər, aktyorlar, musiqiçilər, media nümayəndələri, rəqəmsal məzmun istehsalçıları və iş adamlarının Ahbap Dərnəyinə etdiyi köçürmələr yer alıb. Bildirilib ki, ödənişlərin əksəriyyəti zəlzələdən dərhal sonra həyata keçirilib və köçürmələrin təyinat hissəsində "zəlzələ yardımı", "Hatay", "zəlzələ bölgəsinə yardım" və "ianə" kimi qeydlər göstərilib.

MASAK-ın hesabatında qeyd olunub ki, zəlzələdən zərərçəkənlərə yardım məqsədilə göndərilən vəsaitlərin sonradan hansı şəxs və şirkətlərə köçürüldüyü də istintaq çərçivəsində araşdırılır.

Araşdırma zamanı müğənnilər Ajda Pekkan, Tarkan, Sibel Can, aktyorlar Barış Arduç və Ebru Şahinin Ahbap Dərnəyinə hərəsinin 1 milyon lirə ianə etdiyi müəyyən olunub.

Aktyor Tolqa Çevik isə 997 min 650 lirə köçürüb. Beləliklə, təkcə bu altı tanınmış sima tərəfindən dərnəyə təxminən 6 milyon lirə ianə edildiyi məlum olub.

Hesabata görə, aktyor və rejissor Ali Atay Ahbap Dərnəyinə 562 min 386 lirə ianə edib. Müğənni Ebru Gündeş, aşpaz və televiziya aparıcısı Somer Sivrioğlu və mərhum aktyor Genco Erkal isə ayrı-ayrılıqda 500 min lirə köçürüblər.

Bundan başqa, aktyor Halit Ergenç iki ayrı əməliyyatla ümumilikdə 400 min lirə, komediya ustası Hasan Can Kaya isə 320 min lirə ianə edib.

Hesabatda Genco Erkalın köçürməsinin açıqlama hissəsində "Hatayda məktəb tikintisi üçün ianə", Somer Sivrioğlunun köçürməsində isə "Somer Sivrioğlu və Sidneyli dostlar" qeydlərinin yer aldığı bildirilib. İstintaq çərçivəsində həmin vəsaitlərin məhz göstərilən məqsədlər üzrə istifadə olunub-olunmadığı da araşdırılacaq.

Araşdırmaya əsasən, fenomen Danla Bilic və aktyor Can Yaman ayrı-ayrılıqda 250 min lirə ianə ediblər.

Aktyorlar Afra Saraçoğlu, Binnur Kaya, Aras Bulut İynemli, Kıvanç Tatlıtuğ, İbrahim Büyükak, Seray Kaya, Kerem Bürsin, Engin Akyürek və aparıcı Beyazıt Öztürk adından edilən ianələrin hər birinin 200 min lirə olduğu müəyyən edilib. Serap Enginin etdiyi 200 min lirəlik köçürmənin açıqlama hissəsində isə "Ferzan Özpetek" qeydi yer alıb.

Aktyorlar Melis Sezen, Hazal Kaya, müğənni İrem Derici, ssenarist və aktrisa Gülse Birsel, həmçinin aktyor Burak Deniz Ahbap Dərnəyinə ayrı-ayrılıqda 150 min lirə ianə ediblər.

Qeydlərə əsasən, aktyorlar Salih Bademci, Sarp Apak, İbrahim Selim, Uraz Kaygılaroğlu, Elçin Sangu, musiqiçi Emir Ersoy və müğənni Gökhan Tepe isə hər biri 100 min lirə məbləğində ianə köçürüblər.

maqazin xəbərləri Türkiyə zəlzələ cinayət işləri

Mənbə: lent.az

Xəbər lenti