İngiltərənin "Arsenal" klubu "Tottenhem"in kapitanı Kristian Romeronu transfer etməkdə maraqlıdır.
"Report" xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, argentinalı müdafiəçinin "Tottenhem"dəki gələcəyi sual altındadır. 28 yaşlı futbolçu ilə daha əvvəl İtaliyanın "İnter" klubu maraqlanıb, həmçinin Madrid "Atletiko"su onun transferi üçün cəhd göstərib.
"Topçular" hazırda müdafiə xəttini gücləndirmək məqsədilə Romero ilə bağlı vəziyyəti izləyirlər.
"Tottenhem"in komandanın kapitanını əsas rəqiblərindən birinə satmağa isti yanaşmadığı bildirilir. Bununla yanaşı, London klubu hələlik "Arsenal"dan rəsmi təklif almayıb.
Mənbə: report.az