Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 76,932 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,7 % azdır.
İyulda Türkiyə Azərbaycana 11,225 milyon ABŞ dolları dəyərində qara və əlvan metal ixrac edib ki, bu da bir il əvvələ nisbətən 34,9 % azdır.
Yanvar-iyul aylarında Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri illik müqayisədə 12,8 % artaraq 8,608 milyard ABŞ dollarına, iyul ayında isə 18,4 % artaraq 1,405 milyard ABŞ dollarına çatıb.
Türkiyədən ən çox qara və əlvan metal idxalını Almaniya 1 milyard 034,751 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 13,7 % çox), İtaliya 675,115 milyon ABŞ dolları (+6,7 %) və Bolqarıstan 576,709 milyon ABŞ dolları (+48,2 %) dəyərində həyata keçirib.
Mənbə: report.az