IMG-LOGO

Qubada zibil poliqonunda yanğın baş verdi

07 Aug 2026 22:01 3 baxış
IMG
0 0

Quba rayonunda məişət tullantıları poliqonunda yanğın hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Quba şəhərinin Dəvədabanı yaşayış massivində yerləşən məişət tullantıları poliqonunda qeydə alınıb.

İlkin məlumata görə, son günlər havanın isti və quraq keçməsi poliqonda yanğının baş verməsinə səbəb olub. Nəticədə ətraf ərazi və yaxınlıqdakı yaşayış evləri güclü tüstüyə bürünüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Hazırda poliqonda tüstülənmə davam edir. Yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür.

Xanım Məmmədova

quba yanğın

Mənbə: lent.az

Xəbər lenti