IMG-LOGO

Ravil Tağıyev işdən çıxarıldı

07 Aug 2026 23:04 2 baxış
IMG
0 0

Yeni Klinikanın direktor müavini işdən çıxarılıb.

Lent.az “Unikal”a istinadən xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.

Əmr əsasən, Ravil Tağıyev Yeni Klinikanın direktor müavini vəzifəsindən azad edilib.

R.Tağıyev 2024-cü ildə bu vəzifəyə təyinat almışdı.

Qeyd edək ki, Yeni Klinikanın direktoru Zəhra Vəzirovadır. O bu ilin may ayında adıçəkilən tibb ocağına rəhbər təyin olunub.

Ravil Tağıyev Yeni Klinika

Mənbə: lent.az

Xəbər lenti