IMG-LOGO

Dostunu öldürdü, meyitini parçalayıb qalıqları zibilliyə atdı

08 Aug 2026 10:20 4 baxış
IMG
0 0

Rusiyanın Sankt-Peterburq şəhərində kişi dostunu öldürərək, meyitini zibil qutularına atıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Lunaçarski prospektində yerləşən mənzildə baş verib. İstintaqın məlumatına görə, o, cinayətdən sonra meyiti hissələrə ayıraraq qalıqları zibil konteynerlərinə atıb, daha sonra isə başqa regionda gizlənib.

İstintaqın versiyasına əsasən, cinayət 11 mart 2024-cü ildə baş verib. Kişilər arasında qısqanclıq zəminində yaranmış ədavət olub. Buna baxmayaraq, təqsirləndirilən şəxs tanışını birlikdə spirtli içki qəbul etmək bəhanəsi ilə evinə dəvət edib.

Məclis zamanı mənzil sahibi qonağa hamam otağına keçməyi təklif edib. Orada ona hücum edib və yetirdiyi xəsarətlər nəticəsində zərərçəkmiş hadisə yerində ölüb.

Bundan sonra şübhəli şəxs meyiti hissələrə ayıraraq paketlərə yerləşdirib və onları mənzildən çıxarıb. Paketlər zibil konteynerlərinə atılıb. Ölən şəxsin qalıqlarının dəqiq yeri hələ də müəyyənləşdirilir.

Cinayətdən sonra kişi Rostov vilayətində gizlənib. Təxminən iki il sonra o, Taqanroq şəhərində tapılaraq saxlanılıb və istintaq hərəkətlərinin aparılması üçün Sankt-Peterburqa gətirilib.

Kişiyə qətl maddəsi ilə ittiham irəli sürülüb. Dindirmə zamanı o, günahını tam etiraf edib. İstintaqın vəsatəti əsasında məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

Araşdırma davam edir. Müstəntiqlər təqsirləndirilən şəxsin ifadələrini yoxlayır, meyit qalıqlarının hansı şəraitdə daşındığını araşdırır və cinayətdən sonra konteynerlərdəki tullantıların hara aparıldığını müəyyən etməyə çalışırlar.

Hadisələr qətl kriminal xəbərlər dünyadan xəbərlər

Mənbə: lent.az

Xəbər lenti