IMG-LOGO

Bundesliqa futbolçusunun avtomobilinin təkərləri oğurlandı

08 Aug 2026 18:17 4 baxış
IMG
0 0

Almaniyanın “Verder” klubunun 19 yaşlı müdafiəçisi Əbdül-Kərim Kulibalinin avtomobilinin təkərləri oğurlanıb.

Lent.az xəbər verir ki, futbolçu sosial şəbəkədə avtomobilinin fotosunu paylaşaraq oğurluq səbəbindən şəxsi maşını ilə məşq bazasına gedə bilmədiyini bildirib.

“Bremen, bravo! Mən sadəcə məşqə getmək istəyirdim”, – deyə Kulibali yazıb.

Sonda Əbdül-Kərimi məşqə komanda yoldaşı Salim Musa aparıb.

Yeni mövsümdə “Verder” Bundesliqada, həmçinin Almaniya Kubokunda mübarizə aparacaq.

İdman xəbərləri futbol oğurluq

Mənbə: lent.az

Xəbər lenti