Goranboyda evdən meyit tapılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarov kəndində qeydə alınıb.
Rayon sakini 18 yaşlı Z. Qurbanovanın meyiti yaşadığı evdə aşkarlanıb.
Ölümün səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma başlayıb.
Goranboy meyitMənbə: lent.az