IMG-LOGO

"Süleyman" və "Hürrəm" 15 ildən sonra yenidən bir arada – Ehtiraslı dönüş

09 Aug 2026 09:39 2 baxış
IMG
1 0

“Möhtəşəm yüz il” serialındakı rolları ilə böyük şöhrət qazanan Halit Ergenç və Məryəm Üzərli 15 ildən sonra yenidən kamera qarşısına keçiblər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, məşhur aktyorlar bu dəfə “İmroz’da Bahar” filmində baş rolları bölüşüblər.

Filmin yayımlanan ilk afişası Ergenç və Üzərlinin canlandırdığı obrazlar arasında ehtiraslı sevgi hekayəsinin yaşanacağından xəbər verib. Ardınca aktyorların birlikdə sirtaki rəqsi etdiyi görüntülər sosial şəbəkələrdə böyük maraq doğurub.

Uzun illərdən sonra iki məşhur aktyoru eyni ekran işində görmək onların pərəstişkarlarını da sevindirib.

“İmroz’da Bahar” filmi Gökçeadada yolları kəsişən iki insanın həyatından bəhs edir. Ekran işində qəhrəmanların sevgidə ikinci şans əldə etməsi və aralarında yaranan romantik münasibət tamaşaçılara təqdim olunacaq.

Film “Sky Film” və “Vanguart”ın birgə istehsalıdır.

Halit Ergenç Məryəm Üzərli Sultan Süleyman Hürrəm Sultan Möhtəşəm yüz il İmrozda Bahar türk aktyorları Türkiyə maqazini yeni film sirtaki Gökçeada maqazin xəbərləri

Mənbə: lent.az

Xəbər lenti