İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb.
Günorta saatlarında Araz çayının Göbəktala kəndi ərazisindən keçən hissəsində batan İmişli rayonunun Qaragüvəndikli kənd sakini, 1997-ci il təvəllüdlü Elgün Həsənovun meyiti FHN dalğıcları tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
18:13
***
Araz çayının İmişli rayonundan keçən hissəsində bir nəfər batıb.
Hadisə günorta saatlarında Araz çayının Göbəktala kəndi ərazisindən keçən hissəsində baş verib.
Balıq tutarkən qəfil çaya yıxılan 29 yaşlı Elgün Həsənov boğulub.
Hazırda onun axtarışlarına FHN dalğıcları cəlb olunub./ APA
HadisələrMənbə: lent.az