IMG-LOGO

Həbib illər sonra SİRRİ AÇDI: Makqreqorun təhqirlərinə niyə cavab verməyib?

10 Aug 2026 04:33 4 baxış
IMG
0 0

Əfsanəvi dağıstanlı UFC döyüşçüsü Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqorla üz-üzə gəldiyi döyüşdən əvvəl rəqibinin təhqirlərinə nə üçün cavab vermədiyini açıqlayıb.

Lent.az bu barədə Sport24.ru-ya istinadən xəbər verir.

Nurməhəmmədov 2018-ci ildə UFC-nin yüngül çəki dərəcəsində titul döyüşündə Makqreqora dördüncü raundda boğucu fəndlə qalib gəlib. Döyüşdən əvvəl Makqreqor Nurməhəmmədovun ailəsini və dinini təhqir etmişdi.

"Niyə ona cavab vermirdim? Çünki biz bu insanlar kimi danışa bilmərik. Əgər kimsə mənimlə pis davranmaq istəyirsə, bunu üzümə deyər. Bəli, pis sözlər deməkdə Konor məndən yaxşıdır, bunu müşahidə edirdim. Amma mən onun səviyyəsinə düşə bilərdimmi? Onunla pis sözlər mübadiləsi edə bilərdimmi? Xeyr, edə bilməzdim. Biz bundan üstün olmalıyıq. Düşündüm: "Onu pis sözlərlə məğlub edə bilərəmmi? Xeyr". Onda qardaşlarıma dedim: "Kim olduğumu qəfəsin içində göstərəcəyəm. Bu, daha yaxşıdır"", - deyə Nurməhəmmədov Nyu-Cersidə (ABŞ) azarkeşlərlə görüşündə bildirib.

Həbib Nurməhəmmədov Konor Makqreqor

Mənbə: lent.az

Xəbər lenti