IMG-LOGO

İcra başçısının qəzada ölən sürücüsüsün FOTOSU + VİDEO

10 Aug 2026 09:10 2 baxış
IMG
22 2

Yol qəzasında həyatını itirən Zaqatalanın icra başçısının sürücüsünün fotosu yayılıb. 

Lent.az sürücü Laçın Hacıyevin fotosunu və qəza yerindən görüntüləri təqdim edir: 

***

saat 00:30

Zaqatalada ağır yol qəzası olub. 

Lent.az xəbər verir ki, hadisə Zaqatala-Qax yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

"Opel" və "VAZ-2199" markalı avtomobillər toqquşub. 

Nəticədə "VAZ-2199"un sürücüsü Laçın Hacıyev hadisə yerində ölüb. 

Qəza nəticəsində bir neçə nəfərin də yaralandığı bildirilir. 

Əldə etdiyimiz məlumata görə, qəzada ölən şəxs Zaqatalanın icra başçısının sürücüsüdür. 

Faktla bağlı araşdırma aparılır.

Hadisələr zaqatala news

Mənbə: lent.az

Xəbər lenti