IMG-LOGO

1996-cı ilin əfsanəvi hiti 30 il sonra yenidən gündəmdə

10 Aug 2026 10:25 2 baxış
IMG
0 0

1996-cı ilin məşhur hitlərindən olan "Time Marches On" təxminən 30 il sonra yenidən populyarlıq qazanıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mahnının yenidən gündəmə gəlməsinə TikTok-da yaranan trend səbəb olub. Əsərin "Smokes a lot of dope" misrası sosial şəbəkədə məşhurlaşaraq çoxsaylı yumoristik videolarda istifadə edilməyə başlanıb. Ceymi Conson və Treysi Lourens mahnını "Grand Ole Opry" səhnəsində birlikdə ifa ediblər. Onlar ifa zamanı TikTok-da məşhurlaşan həmin hissəni də fərqli formada səsləndiriblər.

"Time Marches On" 18 mart 1996-cı ildə təqdim olunub. Adi bir ailənin həyatının zamanla necə dəyişdiyindən bəhs edən mahnı qısa müddətdə böyük uğur qazanıb. Əsərdə Henk Uilyamsın "Kaw-Liga" və Bob Dilanın "Like a Rolling Stone" mahnılarına da istinad edilib.

"Time Marches On" "Billboard Hot Country Singles & Tracks" hit-paradında üç həftə ardıcıl birinci yerdə qalaraq Treysi Lourensin karyerasının ən uğurlu mahnılarından birinə çevrilib.

mahnı mədəniyyət xəbərləri tik-tok

Mənbə: lent.az

Xəbər lenti