IMG-LOGO

Kürdə batan 17 yaşlı qız Azərbaycan çempionuymuş - YENİLƏNİB

10 Aug 2026 10:10 2 baxış
IMG
30 0

Samuxda 17 yaşlı qızın suda boğulmasının bəzi təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, suda batan 2009-cu il təvəllüdlü Gülnaz Məmmədova Kür çayına ailəsi ilə birlikdə istirahətə gedibmiş.

Qızın nənəsi Gülnaz Məmmədova APA-nın yerli bürosuna bildirib ki, hadisə nəvələri suda çiməndə baş verib: “Gözümüz baxa-baxa nəvəm suda birdən yoxa çıxdı. Oğlum, digər nəvəm dalınca getdi, tapa bilmədi. Keçən dəfə də gəlmişdik. Həmişə üzürdü. Gülnaz elə bilib ki, qardaşı boğulur, onun dalınca suya girdi”.

Nənəsi onu da bildirib ki, nəvəsi idmançıdır, bir neçə yarışın qalibi olub.

O, Gülnazın bu il 11 ci sinfi bitirdiyini də deyib.

Qeyd edək ki, Samux təmsilçisi Gülnaz Məmmədova kikboksinq idman növü ilə məşğul olub.

Sonuncu dəfə Gəncədə keçirilən Kikboksinq üzrə XXX Azərbaycan birinciliyində qızıl medal qazanıb.

***

saat 08:21

Samuxda Kürdə batan 17 yaşlı qızın meyiti tapılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, suda batan Gəncə şəhər sakini, 2009-cu il təvəllüdlü G. Məmmədovanın meyiti sudan çıxarılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

*** 09.10.2026 19:51

Samux rayon ərazisində Kür çayında batan şəxsin kimliyi açıqlanıb.

Məlumata görə, batan şəxs 17 yaşlı G.Məmmədovadı.

 

17:19

 

***

Samux rayon ərazisində 1 nəfər Kür çayında batıb.

Hadisə Kür çayının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, Kür çayında bir nəfər boğulub. Hazırda hadisə yerinə FHN xilasediciləri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır./APA

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti