Türkiyənin məşhur müğənni və bəstəkarı Kayahan Açarın “Gönül Köşkü” satışa çıxarılıb.
Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Balıkesirin Gömeç rayonunda yerləşən mülk üçün satış dəyəri 130 milyon Türkiyə lirəsi müəyyən edilib.
2015-ci il aprelin 3-də vəfat edən Kayahanın həyatında xüsusi yeri olan “Gönül Köşkü” tək bir evdən ibarət deyil. Ümumilikdə 1609 kvadratmetrlik torpaq sahəsində bir-birinə bitişik 5 ayrı ev yerləşir. Evlərin hər biri 5 otaq və 1 salondan ibarətdir.
Dəniz mənzərəli mülkdə hovuz və geniş yaşıllıq sahələri də mövcuddur. Lakin “Gönül Köşkü”nü fərqləndirən əsas məqam onun Kayahanın yaradıcılıq həyatında oynadığı roldur.
Məlumata görə, sənətçi uzun illər burada yaşayıb və sevilən mahnılarının bir çoxunu məhz bu evdə bəstələyib. Buna görə də mülk sadəcə bahalı daşınmaz əmlak deyil, Kayahanın musiqi irsinin izlərini daşıyan məkan kimi tanınır. Sənətçinin ölümündən 11 ildən çox vaxt keçdikdən sonra “Gönül Köşkü”nün satışa çıxarılması yenidən diqqətləri bu məşhur məkana yönəldib.
Kayahan Türkiyə müğənni maqazin xəbərləri




Mənbə: lent.az