IMG-LOGO

Lionel Messi atasını son mənzilə belə yola saldı - VİDEO

10 Aug 2026 13:05 3 baxış
IMG
3 0

Argentina milli komandasının kapitanı Lionel Messi atası Xorxe ilə vidalaşıb. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, dəfn mərasimi futbolçunun doğma şəhəri Rosarioda ailəsi və dostlarından ibarət kiçik bir dairənin iştirakı ilə baş tutub.

Messinin atası uzun sürən xəstəlikdən sonra avqustun 7-də 69 yaşında vəfat edib.

Amerikanın "İnter Mayami" klubunun məşhur hücumçusu Lionel Messi atasının dəfn mərasimi üçün doğma yurduna gəlib.

Dəfn mərasimi El-Prado qəbiristanlığında keçirilib və burada yalnız ailənin ən yaxın qohumları və dostları iştirak edib.

Təhlükəsizlik səbəbi ilə qəbiristanlıq ərazisini çoxsaylı mühafizəçilər əhatəyə alıb.

Xorxe Messinin səhhətinin pis olması xəbəri 2026-cı il Dünya çempionatı zamanı yayılıb.

 

Lionel Messi atası Xorxe dəfn mərasimi

Mənbə: lent.az

Xəbər lenti