IMG-LOGO

Dünyanın ən qoca prezidenti itkin düşüb

10 Aug 2026 13:34 4 baxış
IMG
1 0

Kamerunun 93 yaşlı prezidenti Pol Biya iki aydır ki, ölkədə və ya ictimaiyyət qarşısında görünmür.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən yaşlı prezidenti 2026-cı il iyunun 7-də ölkəni tərk edərək, dəftərxanasının verdiyi məlumata görə, "Avropaya qısa şəxsi səfərə" - İsveçrəyə gedib. Bu, Biyanın indiyə qədər ən uzun xarici səfərlərindən biri olub.

O, Fransa və İsveçrə də daxil olmaqla, Avropada xeyli vaxt keçirir, tez-tez həftələrlə orada qalır və ölkənin idarə olunmasını əsas partiya rəsmilərinə və ailə üzvlərinə həvalə edir. 

Kamerun konstitusiyası prezidentin bir neçə ay ölkəni tərk etməsini açıq şəkildə qadağan etmir. Lakin Biyanın hələ ki təyin etmədiyi vitse-prezident olmadan, müxalifətin dediyi kimi, ölkədə vəziyyət "avtopilot rejimindədir", - məlumatda bildirilir.

Prezidentin uzun müddətdir yoxluğu onun səhhəti ilə bağlı narahatlıqlara səbəb olub. Müxalifət lideri İssa Tçiroma Bakari bildirib ki, Kamerunda prezidentlə bağlı "hər şeyin yaxşı olmadığı" barədə geniş yayılmış bir inanc var.

Bu arada, avqustun 4-də Biya ölkənin beş inteqrasiya olunmuş hərbi bölgəsindən dördünün komandirlərini dəyişdirərək və bir neçə yüksək vəzifəli zabitin vəzifəsini yüksəldərək yüksək hərbi rəhbərliyi yenidən təşkil edib. Rəsmi səbəb göstərilməyib, lakin əvəz olunan komandirlərdən biri ölüb, digəri isə istefa verib. Fərmanlar milli radioda elan edilib. Kamerun hökumətinin sözçüsü daha sonra Fransanın RFI televiziya kanalına "prezident sağdır" və tezliklə geri dönəcəyini bildirib.

Biya, 1960-cı ildən 1982-ci ilə qədər vəzifədə olan Kamerunun ilk prezidenti Əhmədu Ahidconun istefasından sonra hakimiyyətə gəlib. 2008-ci ildə konstitusiya dəyişikliyi müddət məhdudiyyətlərini ləğv edib və Biya artıq Kameruna vətəndaşlarının əksəriyyətinin sağlığında olduğundan daha uzun müddət rəhbərlik edib: ölkənin təxminən 30 milyon əhalisinin 70 faizdən çoxu 35 yaşdan kiçikdir. Əgər Biya bütün müddətini başa vurarsa, demək olar ki, 100 yaşında vəzifəsindən gedəcək. 2025-ci ilin payızında o, yenidən səkkizinci prezidentlik müddətinə seçilib.

 

Pol Biya prezident Kamerun

Mənbə: lent.az

Xəbər lenti