IMG-LOGO

Türkiyənin ən gözəl 5 aktrisa qadını – Süni intellekt onları seçdi

11 Aug 2026 09:58 4 baxış
IMG
16 0

Süni intellekt Türkiyənin məşhur aktrisalarını xarici görünüş, üz cizgiləri, təbiilik, zəriflik və ekran xarizması kimi meyarlar əsasında qiymətləndirib.

Lent.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, nəticədə Türkiyə şou-biznesinin tanınmış simalarından ibarət 5 nəfərlik siyahı hazırlanıb.

Siyahıda Hande Erçel, Tuba Büyüküstün, Serenay Sarıkaya, Beren Saat və Ebru Şahin yer alıblar.

Hande Erçel

Son illərdə müxtəlif gözəllik siyahılarında tez-tez adı çəkilən Hande Erçel süni intellektin seçimində də ön sıralarda yer alıb.

Aktrisanın nəzərəçarpan üz cizgiləri, gözləri və kamera qarşısındakı görünüşü onun əsas üstünlükləri kimi qiymətləndirilib. Erçel müasir gözəllik anlayışının diqqətçəkən simalarından biri hesab edilib.

Tuba Büyüküstün

Tuba Büyüküstün təbii və zərif görünüşü, üz cizgiləri və baxışları ilə siyahıya düşüb.

Süni intellekt aktrisanın sadə görünüşünü, ekran xarizmasını və illər ərzində qoruduğu özünəməxsus üslubunu ön plana çıxarıb.

Serenay Sarıkaya

Serenay Sarıkaya da Türkiyənin ən gözəl aktrisaları sırasında göstərilib.

Onun nəzərəçarpan üz cizgiləri, baxışları və fərqli üslubu qiymətləndirmədə əsas amillərdən olub. Aktrisanın özünəinamı və ekran enerjisi də üstün xüsusiyyətlərindən biri kimi qeyd edilib.

Beren Saat

Siyahıda Beren Saat də yer alıb. Uzun illərdir Türkiyə ekranlarının ən tanınmış simalarından olan aktrisa təbii görünüşü, gülüşü və baxışları ilə seçilib.

Onun özünəməxsus mimikaları da süni intellektin qiymətləndirməsində diqqətçəkən xüsusiyyətlər sırasında olub.

Ebru Şahin

İlk beşliyi Ebru Şahin tamamlayıb. Aktrisanın təbii görünüşü, baxışları və zərif duruşu süni intellekt tərəfindən yüksək qiymətləndirilib.

aktrisa gözəllik süni intellekt

Mənbə: lent.az

Xəbər lenti