Həm "Qalatasaray", həm də "Fənərbaxça"nın transfer siyahısında olan Markus Reşfordun yeddi qadınla birlikdə Fransa Rivierasında lüks yaxtada tətil etdiyi görüntüləri yayılıb.
Lent.az bildirir ki, İngiltərə mətbuatı onun sevgilisi Lusiya Loinin tətildə olmadığını və Reşfordun tətildən sonra "Mançester Yunayted"ə qayıtmasının gözlənildiyini qeyd edib. Dünya çempionatı marafonundan sonra mövsümün yorğunluğundan qurtulmaq istəyən Markus Reşford tətili üçün Fransa Rivierasını seçib.
Britaniyanın "The Sun" qəzetinin məlumatına görə, Reşford bir qrup dostu ilə icarəyə götürülmüş lüks yaxtada vaxt keçirərkən görüntülənib. Xəbərdə qrupda yeddi qadının olduğu bildirilir. Reşfordun lüks saatı və şık görünüşü də Britaniya mətbuatının diqqət çəkən detallar arasında olub.
"The Sun" qəzeti Reşfordun tətilindən yayımlanan fotolarda onun sevgilisi Lusiya Loinin olmadığını qeyd edib. Bildirilib ki, 28 yaşlı futbolçu gərgin mövsümdən və Dünya çempionatından sonra yeni mövsümdən əvvəl dostları ilə istirahət edir.
Ötən mövsümü icarə əsasında "Barselona"da keçirən Markus Reşford tətildən sonra karyerasına başladığı klub "Mançester Yunayted"ə qayıtmağa hazırlaşır.
Reşford keçmiş baş məşqçsi Ruben Amorimin rəhbərliyi altında yaranan gərginlikdən sonra oyun təcrübəsi qazanmaqda çətinlik çəkib. Amorimin gedişi və Maykl Kerrikin gəlişi ilə ingilis ulduzun "Mançester Yunayted" karyerasında yeni bir səhifə açması ehtimalı ortaya çıxıb.
"Mançester Yunayted"də 400-dən çox rəsmi oyun keçirən Reşford əvvəllər karyerasında "yeni bir sınaq" axtardığını bildirib. İngiltərənin "Arsenal" və "Tottenhem", eləcə də "Qalatasaray" və "Fənərbaxça" klublarının transfer siyahılarında olan 28 yaşlı futbolçunun mövsümöncəsi təlim-məşq toplanışı zamanı baş verəcək hadisələrə uyğun olaraq gələcəyini formalaşdıracağı gözlənilir.
İdman xəbərləri

Mənbə: lent.az