IMG-LOGO

Bakıda avtosalonda YANĞIN - VİDEO

11 Aug 2026 09:38 3 baxış
IMG
3 0

Bakıda avtosalonda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə Xətai rayonu, Babək prospektində qeydə alınıb.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 1200kv.m. olan üçmərtəbəli avtomobil salonu kimi fəaliyyət göstərən obyektdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektin ofis otağında baş vermiş yanğın genişlənməsinə, o cümlədən avtomobillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 15kv.m. olan otağın yanar konstruksiyaları yanıb, salonda yerləşən BMW markalı minik avtomobilinin arxa bamperi və işığı deformasiya edib.

Obyektin böyük hissəsi və içərisində park edilmiş avtomobillər yanğından mühafizə olunub.

Hadisələr yanğın FHN

Mənbə: lent.az

Xəbər lenti