IMG-LOGO

11 il əvvəl “Fənərbaxça”nın avtobusuna hücum edən 5 nəfər TUTULDU

11 Aug 2026 11:09 3 baxış
IMG
0 0

11 il əvvəl “Fənərbaxça” futbol klubunun komandasını daşıyan avtobusa silahlı hücumla bağlı 5 şübhəli saxlanılıb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə naziri Akın Gürlek məlumat yayıb.

Nazir bildirib ki, 4 aprel 2015-ci ildə baş verən silahlı hücumla bağlı Trabzon Təhlükəsizlik İdarəsi əməliyyat keçirib. Əməliyyat zamanı 5 şübhəli saxlanılıb, onların ünvanlarında axtarış aparılıb və bəzi materiallar götürülüb. Şübhəlilər barəsində müvafiq hüquqi prosedurlara başlanılıb.

Qeyd edək ki, hadisə 4 aprel 2015-ci ildə “Fənərbaxça”nın “Çaykur Rizespor”u 5:1 hesabı ilə məğlub etdiyi oyundan sonra baş verib. Komandanı Rizedən Trabzon hava limanına aparan avtobusa Sürmene rayonunda silahlı hücum edilib.

Hücum zamanı avtobusun sürücüsü Ufuk Kıran başından ağır yaralanıb. Buna baxmayaraq, avtobusun idarəetmədən çıxaraq aşmasının qarşısı alınıb və futbolçular ciddi təhlükədən xilas olublar.

Hadisədən üç gün sonra iki nəfər şübhəli qismində saxlanılıb. Onlardan birinin avtobusu izlədiyi, digərinin isə meşəlik ərazidən avtobusa atəş açdığı ehtimal olunub. Lakin onların hücumda iştirakını sübut edən kifayət qədər dəlil tapılmadığından iş uzun illər açılmamış qalıb.

Hadisələr futbol silahlı hücum

Mənbə: lent.az

Xəbər lenti