IMG-LOGO

Hande Erçel kamera arxasına keçir – Yeni işini açıqladı

11 Aug 2026 18:54 4 baxış
IMG
0 0

Türkiyəli aktrisa Hande Erçel yeni mövsüm üçün aldığı layihə təkliflərini geri çevirməyə başlayıb.

Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, son illərdə bir sıra ekran işlərində rol alan Erçel bu dəfə diqqətini ssenari müəllifliyinə yönəltmək qərarına gəlib. Aktrisa ikinci dəfə ssenari yazmağa hazırlaşır.

“Hazırda dincəlirəm və yeni mövsümə hazırlaşıram. Gələn işlərə baxıram. Ssenari yazıram, amma hələlik yalnız yazı hissəsi ilə məşğulam. Gələcəkdə nələrin olacağını görəcəyik”, – Hande Erçel bildirib.

Aktrisa ikinci dəfə ana olmağa hazırlaşan bacısı Gamze Erçellə bağlı da danışıb. Aktrisa ailədə böyük həyəcan yaşandığını bildirib:

“Çox xoşbəxt və həyəcanlıyıq. Biz də səbirsizliklə gözləyirik”.

Hande Erçel aktrisa ssenari maqazin xəbərləri

Mənbə: lent.az

Xəbər lenti