IMG-LOGO

Bulvarda dənizdə batma təhlükəsi olan gənc xilas edildi - VİDEO

11 Aug 2026 19:35 3 baxış
IMG
1 0

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb edilib.

Operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 28 yaşlı İsmayılov Rüfət İsrayıl oğlu dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti