IMG-LOGO

Çempionlar Liqası: “Sabah” “play-off” mərhələsinə yüksəldi

11 Aug 2026 21:59 4 baxış
IMG
0 0

Azərbaycan çempionu “Sabah” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Danimarkanın “Orhus” klubunu 4:0 hesabı ilə məğlub edib.

Lent.az xəbər verir ki, Bakıda keçirilən qarşılaşmada hesabı 59-cu dəqiqədə Velko Simiç açıb. Daha sonra Stiv Solvet 67-ci, Joy-Lans Mikels 79-cu, Kandar Severina isə 89-cu dəqiqədə fərqlənib.

Beləliklə, iki oyunun nəticəsinə görə “Sabah” “Orhus”u 5:2 hesabı ilə məğlub edərək UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.

Çempionlar Liqası sabah

Mənbə: lent.az

Xəbər lenti