Yeni araşdırmalar itlərin insanların emosional vəziyyətini müəyyən dərəcədə ayırd edə bildiyini göstərir.
Lent.az xəbər verir ki, bu barədə "ScienceDaily" məlumat yayıb.
Alimlər itlərin insanların üz ifadələrinə, səs tonuna və davranışlarına necə reaksiya verdiyini araşdırıblar. Nəticələr bu heyvanların insanlardakı emosional dəyişikliklərə fərqli reaksiyalar verə bildiyini göstərir. Bu isə itlərin insanlarla münasibətinin düşündüyümüzdən daha mürəkkəb ola biləcəyinə işarə edir.
itlər heyvanlar
Mənbə: lent.az