IMG-LOGO

57 yaşlı müğənni alt paltarında poz verdi – FOTOLAR

12 Aug 2026 10:22 2 baxış
IMG
2 0

Müğənni, aktrisa, prodüser və biznes-ledi Cennifer Lopez yeni görüntüləri ilə diqqət mərkəzinə düşüb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 57 yaşlı ulduz sosial şəbəkə hesabında cəsarətli obrazda çəkilən fotolarını yayımlayıb.

Cennifer Lopez süd rəngli ipək alt paltarı dəstində kamera qarşısına keçib. O, obrazını qara xallı ayaqqabı, kiçik ağ çanta, toxunma baş örtüyü və günəş eynəyi ilə tamamlayıb.

“Şirlər mövsümü davam edir”, – deyə müğənni paylaşımına yazıb. Bununla da o, şir bürcündə olduğuna işarə edib.

Lopezin fotoları izləyicilərinin böyük marağına səbəb olub. Pərəstişkarları müğənninin fiziki formasına və qarın əzələlərinə diqqət çəkərək şərhlərdə ona çoxsaylı təriflər yazıblar.

Cennifer Lopez müğənni Hollivud şou-biznes məşhurlar

Mənbə: lent.az

Xəbər lenti